Türkiyə Prezidenti Avropaya insanlıq faciəsinə laqeyd olmamağı tövsiyə edib

Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin dəvəti ilə Belçikaya birgünlük işgüzar səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldə NATO baş katibi Yens Stoltenberqlə görüşüb.

Türkiyə mətbuatının məlumatına görə, Rəcəb Tayyib Ərdoğan görüşdən sonra hərbi alyansın rəhbəri ilə birgə mətbuat konfransı keçirib.

Türkiyə Prezidenti deyib ki, heç bir Avropa ölkəsi Suriyada münaqişəyə və insanlıq faciəsinə laqeyd münasibət bəsləməməlidir.

Dövlət başçısı qeyd edib ki, NATO müttəfiqi Türkiyə ilə həmrəylik nümayiş etdirməlidir.

Biz İŞİD-lə sinə-sinəyə mübarizə aparan və şəhidlər verən yeganə NATO ölkəsiyik”.

, – deyə Türkiyənin dövlət başçısı vurğulayıb. O qeyd edib ki, Türkiyə artıq 9 ildir Suriyadan olan təhlükəyə qarşı mübarizə aparır.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir