AŞPA-nın bütün iclasları koronavirusa görə təxirə salınıb

Avropa Şurasının yeni növ koronavirusun yayılmasına qarşı siyasətinə uyğun olaraq Parlament Assambleyasının və ya onun yardımçı qurumlarının bütün iclasları mart ayının sonuna qədər təxirə salınıb.

Bu barədə AŞPA-nın mətbuat xidmətindən məlumat veriblər.

Beləliklə, Assambleyanın hüquqi məsələlər (Paris, 10 mart), sosial məsələlər (Paris, 12 mart), mədəniyyət (Paris, 16 mart), miqrasiya (Paris, 19 mart), bərabərlik (Paris, 20 mart) və monitorinq (Ankara, 30-31 mart) komitələrinin iclasları ertələnib.

Həmçinin Parlament Assambleyasının üzvləri və əməkdaşlarının bütün adi səfərləri də təxirə salınıb. Məlumatda deyilir:

Bu qərar Assambleya üzvlərinin, dəvət olunan şəxslərin və katibliyin sağlamlığı və təhlükəsizliyini qorumaq, həmçinin Avropa Şurası, Fransa və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq koronavirusun daha da yayılmasının qarşısını almaq məqsədi daşıyır”.

AŞPA-nın mətbuat xidmətindən bildirilib ki, hazırda Assambleyanın aprelin 20-dən 24-dək keçirilməsi planlaşdırılan növbəti plenar iclasının nə vaxt baş tutacağına dair qərar uyğun vaxtda qəbul ediləcək.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir