Beynəlxalq Paralimpiya Komitəsi (İPC) təlimat dərc edib

 Beynəlxalq Paralimpiya Komitəsindən koronavirusla bağlı təlimat

Beynəlxalq Paralimpiya Komitəsi (IPC) idmançılar və Milli Paralimpiya komitələri üçün təlimat dərc edib.

Azərbaycan Milli Paralimpiya Komitəsinin məlumatına görə, sənəd son həftələrdə ləğv olunan və təxirə salınan çoxsaylı idman tədbirləri ilə əlaqədar koronavirusun  Paralimpiya hərəkatına təsiri ilə əlaqədar hazırlanıb.

Təlimatda bildirilir:

Tokio-2020 Yay Paralimpiya Oyunlarına hazırlıq planlaşdırıldığı kimi və tam sürət ilə davam edir. IPC koronavirus təhlükəsini tam diqqət mərkəzində saxlayır və bu mövzuda Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxaq Olimpiya Komitəsi və İOC-un Tibb Komitəsi ilə daim müzakirələr aparır”.

“İnfeksion xəstəliklərə dair əks-tədbirlər Tokio-2020 planları çərçivəsində sağlam və təhlükəsiz oyunların keçirilməsini qarşısına əsas məqsəd kimi qoyur. Tokio-2020 bütün bu sahədə nəzarəti həyata keçirən təşkilatlar ilə əməkdaşlığını davam etdirəcək, lazım gəldiyi təqdirdə digər təşkilatlarla birlikdə lazımi əks tədbirlərin həyata keçirilməsini nəzərdən keçirəcək. Biz tamamilə əminik ki, bu sahədə olan təşkilatlar və qurumlar vəziyyəti nəzarətdə saxlamaq üçün bütün lazımi tədbirləri görəcəklər. Qarşısıalınmaz tədbirlər arasında həmçinin bir neçə yarışın ləğvi və insanların kütləvi toplanmasının qarşısını almaq kimi tədbirlər də var. İdmançılar öz hazırlıqlarını davam etdirməli və Tokio-2020-yə tam vəziyyətdə hazır olmalıdırlar”.

O da vurğulanır ki, hər bir beynəlxalq federasiya özünə aid olan idman növünün təsnifat qaydalarına və şərtlərinə görə məsuliyyət daşıyır. IPC beynəlxalq federasiyalarla daim təmasdadır və lazımi hallarda öz yardımını təklif edir. Yarışların təxirə salınmasından təsirlənən hər bir beynəlxalq federasiya hazırda Tokio-2020-yə təsnifat qaydalarını yenidən nəzərdən keçirir və mümkün həll yolları üzərində çalışır.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir