Çində çökən hoteldə axtarış-xilasetmə əməliyyatı davam edir

 Çində hotelin uçması nəticəsində ölənlərin sayı artıb - FOTO

Çinin Futszyan əyalətində “Xinjia Express” hotelinin çökməsi nəticəsində həlak olanların sayı 18-ə çatıb.

Bu barədə axtarış-xilasetmə əməliyyatının təşkili üzrə işçi qruplara istinadən “People’s Daily” nəşri bildirib.

Məlumata görə, xilasedicilər binanın dağıntıları altından itkin düşmüş 59 nəfəri tapıb-çıxardıblar. Qeyd edilir ki, onlardan 16-ı həyatını itiribmiş. Daha 2 yaralı isə sonradan xəstəxanada vəfat edib.

Hazırda dağıntılar altında daha 12 nəfərin qaldığı bildirilir.

Xatırladaq ki, martın 7-də Tsyuançjou şəhərində  yeddimərtəbəli “Xinjia Express” hotel binası çöküb. Dağıntılar altında rəsmi məlumatlara görə, 71 nəfər qalıbmış. Bina koronavirusa yoluxanlarla təmasda olmuş şəxslər üçün karantin məqsədilə istifadə olunub.

 Çində hotelin uçması nəticəsində ölənlərin sayı artıb - FOTO

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir