"Dəniz Mall" Ticarət Mərkəzinin açılışı qeyri-müəyyən vaxtadək təxirə salınıb

 

“Dəniz Mall”un açılışı təxirə salınıb

 

 

“Dəniz Mall” Ticarət Mərkəzinin məlumatına görə, Operativ Qərargah ictimaiyyət üçün 10 mart tarixli açıqlamasında ayrı-ayrı qurumlara, vətəndaşlara çağırış və tövsiyələr edib:

Bu çağırışdan irəli gələrək, eyni zamanda koronavirusun yayılmasının qarşısının alınması sahəsində dövlətin həyata keçirdiyi tədbirlərə dəstək olaraq “Dəniz Mall”un 12 mart tarixinə planlaşdırılan açılışı qeyri-müəyyən vaxtadək təxirə salınıb. Yeni açılış tarixi barədə əlavə məlumat veriləcək”.

, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, operativ qərargah koronavirusa yoluxma hallarının qarşısının alınması baxımından ayrı-ayrı qurumları yaxın müddətdə kütləvi tədbir keçirməməyə, artıq təyin olunan tədbirlərin tarixini dəyişdirməyə çağırıb, vətəndaşlara qapalı və adamların sıx toplaşdığı məkanlardan uzaq olmağı tövsiyə edib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir