Ermənistan əsgəri Azərbaycan gülləsi ilə sinəsindən ölümcül yara alıb

Ermənistan Müdafiə Nazirliyi  “hərbi hissələrindən birinin döyüş ərazisində” müddətdən artıq  müqavilə ilə xidmət göstərən əsgərinin öldürülməsi haqqında xəbər yayıb.

Verilən məlumata görə, 10 mart tarixində, saat 15:30 radələrində Azərbaycan tərəfindən açılan atəş nəticəsində sıravi Zoqrab Sianosyan sinə nahiyəsindən ölümcül güllə yarası alıb.

1984-cu il təvəllüdlü əsgərin hərbi xidmətə Ararat rayon hərbi komissarlığından  cəlb olunduğu bildirilib.

Erməni mətbuatı hadisə ərəfəsində Ermənistanın Baş Qərargah rəisinin orada olduğunu vurğulayıb.

 

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir