İtaliya A seriyasının futbolları təxirə salınıb

 İtaliya A seriyanın matçları koronavirusa görə ləğv edildi

İtaliya A seriyasının futbol matçları ləğv olunub.

Bu barədə jurnalist Fabrisio Romano bildirib.

O qeyd edib ki, buna səbəb ölkədə koronavirus epidemiyasının tüğyan etməsidir. Daha əvvəl İtaliyanın Milli Olimpiya komitəsinin ölkədə bütün idman yarışlarının 3 aprelə qədər dayandırıldığını elan etdiyi bildirilirdi.

Ölkənin Baş Naziri Cüzeppe Konte koronavirusla əlaqədar ölkədə vətəndaşların hərəkətinin məhdudlaşdırılmasını nəzərdə tutan karantin tədbirlərinin genişləndirildiyini bildirib.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir