İtaliyada vətəndaşların hərəkəti məhdudlaşdırılıb

 İtaliyada vətəndaşların hərəkəti məhdudlaşdırıldı

İtaliyanın Baş Naziri Cüzeppe Konte koronavirusla əlaqədar ölkədə vətəndaşların hərəkətinin məhdudlaşdırılmasını nəzərdə tutan karantin tədbirlərinin genişləndirildiyini elan edib.

O qeyd edib ki, ölkədə koronavirusa yoluxma və ölüm hallarının sayının artması ilə bağlı son məlumatları nəzərə alaraq hökumət Lombardiyaya və digər bir neçə başqa zonaya aid tədbirləri bütün ölkə üzrə genişləndirməyə qərar verib.

Baş Nazir dəqiqləşdirib ki, hərəkətlər yalnız tutarlı səbəblər olduğu halda mümkündür. Ölkədə ancaq iş və ya ailə şəraiti üzündən zərurət yarandıqda, həmçinin sağlamlıq vəziyyəti ilə bağlı səbəblər  olduqda hərəkətə imkan veriləcək. Yeni qaydalar bu gündən  – martın 10-dan qüvvəyə minib.

Bundan başqa Konte İtaliyadakı bütün təhsil müəssisələrinin aprelin 3-ə qədər bağlandığını da elan edib və deyib:

Biz elə tədbirlər  görürük  ki, onları “mən evdə qalıram” – deyə xarakterizə etmək olar”, –

Son məlumatlara əsasən, İtaliyada koronavirusa yoluxanların ümumi sayı 9 min nəfəri ötüb. Onlardan  700-dən çoxu  sağalıb. Bununla belə, koronavirus İtaliyada 463 nəfərin həyatına son qoyub.

 

Mənbə: Report

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir