Rusiya Konstitusiyasına dəyişikliklə bağlı təklif qəbul edilib

 Dövlət Duması prezidentlik müddəti haqqında təklifi dəstəklədi

Rusiya Dövlət Dumasının plenar iclasında deputat Valentina Tereşkovanın konstitusiyaya prezidentlik müddəti haqqında dəyişikliklə bağlı təklifi qəbul edilib.

Məlumatı “RİA Novosti” yayıb.

Valentina Tereşkovanın təklifinə əsasən, dövlət başçısı vəzifəsini daşımış və ya daşıyan şəxs dəyişiklik qüvvəyə minən andan prezident seçkisində namizəd ola bilər. Bu zaman əvvəlki prezidentlik müddəti nəzərə alınmayacaq.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu təklifi bəyənməsə də, məsələnin Konstitusiya Məhkəməsində razılaşdırılmasının vacibliyini vurğulamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir