Atmosferin təmizliyi kosmosdan nəzarətdə saxlanılacaq

NASA, Cənubi Koreya və Avropa Kosmik agentlikləri  real zaman rejimində Yer kürəsində havanın təmizliyinin vəziyyətini müşahidə etməyə  imkan verəcək  peyk sisteminin hazırlanması üzərində işləyir.

Atmosfer çirklənmələrinin izlənilməsi üçün ilk cihaz Cənubi Koreyanın okeanın səthinin monitorinqi üçün nəzərdə tutulan peyk sisteminə daxil edilib.  Ətraf mühitin monitorinqi üçün geostasionar spektrometrindən  (GEMS) istifadə olunub.

2022-ci ildə NASA kosmosa   rabitə peykinin tərkibində analoji cihaz göndərməyi planlaşdırır. 2023-cü ildə isə Avropa Kosmik Agentliyi havanın keyfiyyətini izləyəcək  iki cihazı  orbitə çıxartmaqla  beynəlxalq peyklər qruplaşmasına qoşulacaq.

Toplanılacaq məlumatlar atmosferə azot dioksidi, formaldehid və aerozollar atan çirklənmə mənbələri ilə mübarizə aparmağa kömək edəcək. Məlumatlar hər saat yenilənəcək, bu isə epizodik çirklənmələri (məsələn, zərərli maddə tullantılarının ən çox yayıldığı vaxtı) aşkar etməyə imkan verəcək.

Peyklərdəki bu  cihazlar vasitəsilə çirklənmələrin meydana gəldiyi yerlər müəyyənləşəcək və proseslər izlənəcək.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir