Azərbaycanda da "Bitcoin" nümayəndəliyi açılacaq

Azərbaycanda “Bitcoin” səfirliyi (“Bitcoin Embassy Azerbaijan”) bu ilin ilk yarısının sonunda açıla bilər.

Bunu  layihənin rəhbəri Səbinə Məmmədli deyib.

Onun sözlərinə görə, səfirliyin açılmasına dair müzakirələr aprel ayında başlanacaq: “Layihənin icrasına dair müqavilə, ilk növbədə, Gürcüstan və Ukrayna ilə imzalanacaq. Hesab edirəm, apreldə aparılacaq müzakirələrdən sonra Azərbaycanda “Bitcoin” səfirliyi iki ay ərzində açıla bilər. Belə ki, Gürcüstan tərəfi bizimlə artıq müqavilə imzalamağa hazırlığını bildirib. “Bitcoin” səfirliyinin açılması Azərbaycanda kriptovalyutalara bağlı layihələri dəstəkləməyə imkan yaradacaq”.

Qeyd edək ki, hazırda “Bitcoin” səfirliyi Gürcüstanda (“Bitcoin Embassy Georgia”) fəaliyyət göstərir.

 

Mənbə: APA

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir