Göyçayda sahibkar intihar edib

Göyçay rayonunda intihar hadisəsi  qeydə alınıb.

Hadisə rayonun Çərəkə kəndində baş verib.  Göyçay şəhərində yaşayan 1973-cü il təvəllüdlü İsrafilov Siyavuş Kamal oğlu Çərəkə kəndinə, atasına məxsus evə gedərək özünü asıb. S.İsrafilov intihar edərkən onun ailə üzvləri şəhərdəki evində olub və hadisədən gec xəbər tutublar.

Uzun illərdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan S.İsrafilovun mal-qara ferması və yağ-pendir istehsalı sexi var. Onun özünə qəsd etməsinin səbəbi məlum deyil.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

Mənbə: APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir