ABŞ-ın 24 ştatında fövqəladə vəziyyətdir

 ABŞ-ın 24 ştatında fövqəladə vəziyyət elan edildi

ABŞ-ın Arizona ştatında yeni növ koronavirusun yayılması ilə bağlı fövqəladə vəziyyət elan edilib.

Bu barədə ştatın qubernatoru Daq Dyusi bəyan edib.

Bununla da, Amerikada koronavirusla bağlı fövqəladə vəziyyətin elan edildiyi ştatların sayı 24-ə çatıb.

Qubernator sığorta şirkətlərinə yeni koronavirusun təyini ilə bağlı analizlərin xərclərini tam qarşılamağı tapşırıb:

Arizona ştatında yalnız 9 nəfər koronavirusa yoluxub. Yeni yoluxanların aşkarlanacağını hesab edirik və buna görə riskə getmək fikrində deyilik”.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin açıqlamasında deyilir ki:

Ölkədə yeni koronavirusa 1 162 nəfər yoluxub. Onlardan 38 nəfər həyatını itirib. Koronavirusa yoluxma hallarının ən çoxu Vaşinqton (267) və Nyu-York (173) şəhərlərində qeydə alınıb”.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 121 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 119 303-ə çatıb. Bunların 64 411 nəfəri sağalıb, 4 290 nəfəri isə vəfat edib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də atipik pnevmoniyanın adını COVID-19 qoyub.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir