“Apple” təhlükəsizlik məqsədilə İtaliyadakı mağazalarını bağlayıb

 “Apple” İtaliyadakı mağazalarını müvəqqəti bağladı

ABŞ-ın “Apple” şirkəti yeni növ koronovirus təhlükəsi səbəbi ilə İtaliyadakı mağazalarını müvəqqəti bağlayıb.

Bu barədə şirkətin “AppleInsider” portalında yayımlanan bəyanatında deyilib:

Virusla mübarizə səylərini dəstəkləyirik. Xidmət etdiyimiz yerlərdə insanların sağlamlığı və təhlükəsizliyi bizim üçün prioritet olaraq qalır. Bunu nəzərə alaraq, əlavə məlumat verilənədək İtaliyadakı mağazalarımızı bağlayırıq”.

Qeyd olunub ki, buna baxmayaraq onlayn mağaza normal işləməkdə davam edəcəkdir.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir