Avropadan Amerikaya səfərlərə 30 günlük qadağa tətbiq ediləcək

 ABŞ koronavirusa görə Avropadan səfərlərə 30 günlük qadağa qoydu

Cari ilin martın 13-dən etibarən Avropadan Amerikaya səfərlərə 30 gün müddətinə qadağa qoyulacaq.

Bunu Ağ Evdə çıxışı zamanı ABŞ Prezidenti Donald Tramp bəyan edib.

Onun sözlərinə görə, müvafiq addım ABŞ-da koronavirusun yayılmasının qarşısını almaq üçün atılan təhlükəsizlik tədbiridir:

 Bu “sərt, lakin zəruri məhdudiyyət” Böyük Britaniyaya şamil edilməyəcək ( yeni növ koronavirusa 460 yoluxma faktının qeydə alınıb). Bundan əlavə, istisnalar zəruri yoxlanışdan keçən amerikalılara da aiddir. Qadağa həmçinin ticarət malları və yüklərə də tətbiq edilməyəcək”.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir