Avstriya və Yunanıstanda "COVİD-19"dan ilk ölüm faktı təsbit edilib

 

 

Avstriyanın paytaxtı Vyanada ilk ölüm faktı qeydə alınıb. Fevralda yeni növ koronavirusa (SARS-nCoV-2)  yoluxmuş 69 yaşlı pasiyent dünən gecə atipik pnevmoniyadan (COVİD-19) həyatını itirib.

Bu barədə “RİA Novosti” öz Teleqram-kanalında məlumat verib.

Yunanıstanda da yeni növ koronavirusdan ilk ölüm faktı qeydə alınıb. Misir və İsraildən qayıdan 66 yaşlı kişi “COVİD-19″dan həyatını itirib.

Qeyd edək ki, bundan əvvəl Yunanıstanda SARS-nCoV-2 virusuna 100 nəfərin yoluxduğu təsbit edilib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də atipik pnevmoniyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir