Çin normal həyata dönməyi planlayır

Çin ölkə iqtisadiyyatına ciddi təsir göstərən xəstəliyin yayılmasına nəzarəti ələ aldığını nümayiş etdirərək   virusun yayıldığı vilayətdə bəzi fabrik və müəssisələrin açılmasına qərar verib.

Çərşənbə axşamı prezident Şi Tzinpin dekabr ayında koronavirusun alovlandığı  Uhana gedib.  Çin ABŞ və Avropa hökumətlərinin virusa qarşı nəzarəti gücləndirdiyi bir vaxt böhranın sona çata biləcəyinə inanır.

Hubey vilayəti hökuməti Uhanda gündəlik ehtiyacları təmin edən qida sənayesi kimi sahələrin və milli iqtisadiyyat üçün zəruri olan digər müəssisələrin fəaliyyətini bərpa edə biləcəyini bildirib. Şanxaydan təqribən 700 kilometr qərbdə yerləşən və 11 milyon əhalisi olan bu şəhər Çinin mərkəzində əsas istehsal bölgəsidir.

Hökumətin bəyanatına əsasən, bu dəyişikliklər epidemiyanın qarşısının alınması ilə yanaşı, “iqtisadi və sosial əməliyyatların nizamlanmasını sürətləndirmək” məqsədi daşıyır. Yenidən fəaliyyətə başlayacaq şirkətlərdən “epidemiyaya nəzarət” planlarının hazırlanması, işçilərin səhhətinin yoxlanılması və iş yerlərinin dezinfeksiyası tələb olunur.

 

Mənbə: VoA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir