Ləki-Qəbələ birxətli dəmir yolu layihəsinin icrasına dair təqdimat keçirilib

 Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisinə alman mütəxəssislər dəvət edilib

“Azərbaycan Dəmir Yolları” QSC-də Ləki-Qəbələ birxətli dəmir yolu layihəsinin icrası ilə bağlı görülən işlərin gedişatı müzakirə olunub.

Məlumata görə, iclasda layihənin icrasına cəlb edilən şirkətlərin nümayəndələri və mütəxəssislər iştirak ediblər.

Cəmiyyətin sədr müavini Zaman Novruzov deyib ki, dövlət əsaslı vəsait hesabına həyata keçirilən layihənin icrasına 2018-ci ildən başlanılıb. O, tikinti-quraşdırma işlərinin icra vəziyyəti ilə bağlı qonaqlara məlumat verib və bildirib:

Dəmir yolunun torpaq yatağı və üst quruluşu, eləcə də körpülərin tikintisi ilə bağlı mühüm işlər yerinə yetirilib. Tikinti işlərinin daha keyfiyyətli aparılmasına nəzarəti gücləndirmək məqsədilə QSC Almaniyadan mütəxəssislər dəvət edib. Alman mütəxəssislər müstəqil audit qismində layihənin torpaq yatağının tikintisi ilə tanış olacaqlar”.

İclasda Ləki – Qəbələ birxətli dəmir yolu layihəsinin icrası ilə bağlı təqdimat keçirilib.

Təqdimatla tanışlıqdan sonra alman mütəxəssislərin sualları cavablandırılıb.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir