Alimlər: Koronavirus insan orqanizmində 5 həftəyə, kənarda 3 sutkayadək qala bilər

Koronavirusla mübarizədə  böyük təcrübə qazanmış Çin alimlərinin qənaətinə görə, virus insanın tənəffüs yollarında 37 gün qala – “yaşaya” bilər.

Bu,   2 həftəlik  karantin müddətindən 2,5 dəfə  artıqdır.

Çin alimlərinin tədqiqat materialı “The Lancet” qəzetində dərc olunub.

Tədqiqatın nəticələri  Uhanda (epidemiya mərkəzində) iki xəstəxana üzrə 191 pasiyentin xəstəlik tarixçələrinin analizinə əsaslanır.  Müşahidələr əsasında bəlli olub ki, koronavirus insan orqanizmində ən az 8, ən çox isə 37 gün mövcud olub.  Orta müddət isə 20 gündür.  Başqa sözlə, əksər hallarda  bu virus insan orqanizmində 14 gündən çox  “yaşayıb”.

İki gün qabaq amerikalıların da bununla bağlı apardıqları araşdırmanın nəticələri açıqlanıb. ABŞ alimlərinin fikrincə, koronavirus insan orqanizmindən kənarda  – havada 3 saata  qədər qalıb.  Lakin virus müxtəlif materialların səthində  3 sutkaya qədər “diri” qala bilər.

Mis üzərində virus 4 saat, karton səthində 24 saat  “canlı”  olur.  Daha çox isə plastik materialların səthində qorunur – 72 saat.  Bu barədə The Daily Mail yazıb.

Alimlər eyni zamanda qeyd edirlər ki, onlar  bu və ya digər kirlənmiş səthlə təmasdan yoluxma halının olub-olmadığı haqqında informasiyaya  malik deyillər. Lakin bunu nəzəri cəhətdən istisna etmirlər.

Tədqiqat  Montana ştatının (ABŞ) Milli Səhiyyə İnstitutunun  “Rocky Mountain” laboratoriyasında aparılıb və hökumət tərəfindən maliyyələşdirilib.

Corctaun Universitetinin  professoru (mikrobioloq) Culi Fişer tədqiqat  sonunda  çox vacib məlumatlar əldə edildiyini və onların əsasında  hər kəsin nəticə çıxarmalı olduğunu vurğulayıb.

Professor insanların həyat tərzini və vərdişlərini dəyişdirməli olduğunu qeyd edərək deyib:

Biz əllərimizi yumalı və üzümüzə aparmamalıyıq. Dərk etməliyik ki, virus daşıyıcıları müxtəlif səthləri  koronavirusla kirləndirə bilərlər.

Alim müxtəlif dezinfeksiya vasitələrinin koronavirusa təsirini öyrəndiklərini və  çox güman ki, onların virusu öldürdüyünü  söyləyib.  Bu barədə MarketWatch yazıb.

Almaniya alimlərinin tədqiqatı göstərib ki, koronavirusa yoluxmuş və ilk dövrdə praktik olaraq simptomları görünməyən şəxslərlə kontakt daha təhlükəlidir.

Alman mütəxəssislərin fikrincə, təkcə bədən hərarəti yüksək olanlar deyil,  yüngül öskürəkli və halsızlıq hiss edən hər kəs dərhal karantinə alınmalıdır.

 

Bəs

Qripdən – kəskin respirator virus infeksiyalarından (koronavirusdan) necə mühafizə olunaq?

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir