Bir neçə ölkədə koronavirusa ilk yoluxma aşkarlanıb

 Daha bir neçə ölkədə koronavirusa ilk yoluxma aşkarlandı

Dünyanın daha 3 ölkəsində koronavirusa ilk yoluxma halı qeydə alınıb.

TASS xəbər verir ki, Mərkəzi Afrikada yerləşən Qabonda təhlükəli virusun ilk daşıyıcısı aşkarlanıb.

Yerli “Gabon Matin” qəzeti bildirib ki, virus 27 yaşlı ölkə vətəndaşında aşkarlanıb. O, bu yaxınlarda Fransadan qayıdıb. Xəstə karantinə yerləşdirilib və onun vəziyyətinin yaxşılaşdığı bildirilir.

Ada dövləti Trinidad Tobaqoda da ilk koronavirua yoluxma qeydə alınıb. Bu barədə “Trinidad and Tobago Express” qəzeti bildirib.

Qəzetin məlumatına görə, infeksiyaya yoluxan 52 yaşlı kişidir. O, bazar ertəsi İsveçrədən qayıdıb. Lakin həmin şəxsdə ilk günlər virusun əlamətləri aşkarlanmayıb.

Koronavirusun ilk dəfə aşkarlandığı daha bir ölkə Qanadır. Bu barədə “Daily Graphic” ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verib.

Nəşr bildirib ki, virus 2 nəfər yerli sakində aşkarlanıb. Onlardan biri bu yaxınlarda Norveçdən, digəri isə Türkiyədən qayıdıb. Hər iki xəstə karantinə yerləşdirilib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir