BMT qərargahında koronavirusa ilk yoluxma təsbit edilib

Filippinin BMT yanında daimi nümayəndəliyinin əməkdaşlarından biri koronavirusa yoluxub.

Bu barədə TASS-a beynəlxalq təşkilatdakı mənbə bildirib.

Qeyd edilir ki, bununla əlaqədar olaraq:

Diplomatik missiya bağlanıb, onun bütün əməkdaşları evdə qalacaqlar”.

Bu, BMT yanında diplomatik missiyada və ya Nyu-Yorkdakı katiblikdə xəstəliyin ilk aşkar edilməsidir:

Şəffaflığın və ümumi təhlükəsizliyin xeyrinə bildirmək istəyirəm ki, Filippinin daimi nümayəndəliyindəki həmkarımız COVID-19 testinin müsbət nəticəsini aldı”.

, – deyə bildirilir.

Qeyd edilir ki, həmin şəxs sonuncu dəfə bazar ertəsi, martın 9-da 30 dəqiqə ərzində BMT-də olub. Lakin həmin vaxt onda xəstəliyin əlamətləri olmayıb. Diplomat günün birinci yarısında, BMT Baş Assambleyasının Qadınların vəziyyəti üzrə Komissiyasının iclası daxil olmaqla, bir sıra tədbirlər keçirilərkən beynəlxalq təşkilatın binasında olub.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir