"Facebook" və "Twitter" Rusiyanın "troll fabriki" ilə əlaqəli saxta hesabları silib

Sosial media nəhəngləri “Facebook” və “Twitter” bildirirlər ki, Rusiyaya məxsus Qana, eləcə də Nigeriyadan idarə olunan və ABŞ-dakı istifadəçiləri hədəf alan saxta profilləri silib.

Facebook martın 12-də bildirib ki, silinən profillər Rusiyadakı şəxslər tərəfindən idarə olunaraq tarixi saxtalaşdırmaq, məşhur insanlar haqqında şayiələr yaymaq və moda ilə əlaqəli mövzularla bağlı auditoriya yaratmağın ilkin mərhələsində imiş.

Şirkət bildirir ki, araşdırma nəticəsində bəlli olub ki, Qanadakı EBLA adlı qeyri- hökümət təşkilatı “troll fabriki” adı ilə tanınan Rusiyanın İnternet Araşdırma Agentliyi  ilə əlaqəli olub.

Qeyd edək ki, bu agentliyin adı ABŞ-ın Xüsusi Müşaviri Robert Müllerin 2016-cı il ABŞ prezident seçkilərinə müdaxilə ilə bağlı araşdırmasında dəfələrlə çəkilib.

Twitter isə bildirib ki, silinən profillər irqi və vətəndaş hüquqları kimi sosial mövzularda nifaq yaratmaq kimi fəaliyyətlər törətsə də, profillərin hər hansı bir namizəd və ya ideologiyanı dəstəklədiyi görünməyib.

Şirkətlər ümumilikdə 49 “Facebook” profili, 69 “Facebook” səhifəsi, 85 “İnstagram” və 71 “Twitter” profilini silib.

 

Mənbə: VoA

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir