Moskvada güclü külək yüzlərlə ağacı aşırdıb: həyatını itirən və yaralılar var (VİDEO)

Rusiya informasiya agentliklərinin məlumatına görə, Moskvada və şəhər ətrafındakı yaşayış məntəqələrində əsən güclü külək yüzlərlə ağacı kökündən çıxardıb və ya qırıb. Onlarla avtomobilə ziyan dəyib. Üzərinə ağac aşmış avtomobillərdən birində olan şəxs həyatını itirib.

Yaralananlar da var.

Küləyin sürəti saniyədə 25 metrdir. Bəzi yerlərdə keləyin sürəti  saniyədə 35 metrə çatıb. Çəhrayı səviyyədə təbiət təhlükəsi elan olunub.

Sinoptiklər Moskvada təhlükəli küləyin bu axşam (Bakı vaxtı ilə) saat 10-dək əsəcəyini  bildiriblər. Bu müddətdə güclü külək İvanov, Ryazan, Smolensk, Tula, Tver və Yaroslav vilayətlərində də əsəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir