Nyu-Yorkda fövqəladə vəziyyət elan olunub

Nyu-Yorkun meri Bil de Blazio şəhərdə koronavirus təhlükəsinin yüksəlməsi səbəbindən fövqəladə hal elan olunduğunu açıqlayıb.

Mer şəhər sakinlərindən 95 nəfərin koronovirusdan müalicə aldığını bildirib.  Məcburi karantində olanların sayı 29, könüllü qoşulanların sayı isə 1784-dür.

Əmin edirəm, bizim heç birimiz bunu etmək istəmirdi. Amma indi  məhz o andır ki, bunu etmək zəruridir

deyən şəhər meri sutka ərzində yoluxanların sayının həyacanlı səviyyəyə yüksəldiyini  diqqətə çatdırıb.

O, böhranlı vəziyyətin yarım il sürə biləcəyini vurğulayıb.

Şəhər rəhbərliyinin qərarı ilə Nyu-York bələdiyyəsinin 10 faiz –  təxminən  35 min işçisi vəzifəsini uzaqdan icra edəcək.

Xatırladaq ki, Nyu-York qubernatorunun qərarı ilə bu gündən şəhərdə 500 və daha çox insanın iştirakı ilə bütün kütləvi  tədbirlərin keçirilməsinə qadağa qoyulub.

Bununla belə, şəhərdə məktəblər, xəstəxanalar, qocalar evləri və ictimai nəqliyyat hələlik fəaliyyət göstərəcək.

Brodveydə aprelin 12-dək bütün şoular təxirə salınıb.

Qeyd edək ki, bir gün öncə Nyu-Yorkda bir sutkada qeydə alınmış koronavirus daşıyıcılarının sayının 1,5 dəfə  (328 nəfər) artdığı xəbər  verilmişdi.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir