Atmosferində metal yağışları olan planet kəşf edilib

Avropa Kosmik Agentliyinin ESPRESSO teleskopu vasitəsilə tədqiqatçılar qeyri-adi  planet kəşf ediblər Bizdən 640 işıq ili məsafədə, Balıq  bürcündə yerləşən,  qeydiyyat adı “WASP-76b” olan planetin qeyri-adiliyi onun atmosferində ərimiş dəmir yağıntılarının mövcud olması ehtimalıdır.

Nəhəng planetin səthində gündüzlər 2400 dərəcə Selsi temperatur olur, bu isə metalların buxarlanması üçün kifayətdir. Güclü küləklər vasitəsilə dəmir buxarları nisbətən soyuq hissəyə daşınır, bunun nəticəsində soyuq mühitlə təmas edən metal damcı şəklində səthə düşür və dəmir yağışı baş verir.

Elmi işin təfsilatı “Nature” jurnalında dərc edilib. Alimlərin iddiasına görə, planetin gündüz vaxtı öz ulduzundan aldığı radiasiya Yerin Günəşdən aldığı radiasiyadan min dəfələrlə çoxdur. Gündüz və gecə arasında olan kəskin temperatur fərqi planetin atmosferində güclü küləklərin yaranmasına səbəb olur. Temperatur fərqinin 1500 dərəcə olduğu şəraitdə güclü küləklər dəmir buxarlarını çox isti tərəfdən nisbətən soyuq tərəfə aparır. Soyuyan dəmir buxarları maye-damcı şəklində planetin səthinə düşür.

 

Mənbə: AMEA

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir