BNA: Azərbaycanda məktəbli və tələbələrə "School Bus" xidməti göstəriləcək

Bakı Nəqliyyat Agentliyi (BNA) məktəblərdə tıxacın qarşısını almaq üçün layihə icra edəcək.

Bu barədə BNA-nın rəsmi nümayəndəsi Coşqun Məmmədov “AVTO FM” radiosunun efirində bildirib.

Onun sözlərinə görə, şagirdlərin valideynləri tərəfindən şəxsi nəqliyyat vasitələrilə məktəblərə gətirilməsi və parklanma qaydalarına riayət edilməməsi kimi səbəblər məktəblərin qarşısında tıxacların yaranmasına səbəb olur:

Biz beynəlxalq nəqliyyat sahəsində inkişaf etmiş ölkələrdə “School Bus” deyilən anlayış var. Bu, şəhərin müəyyən nöqtələrindən tələbələrin və şagirdlərin yığılaraq təhsil ocaqlarına çatdırılmasına xidmət edir. BNA “School Bus” layihəsinin Azərbaycanda tətbiqi ilə bağlı layihə üzərində işləyir və Təhsil Nazirliyi ilə əməkdaşlıq edirik. Artıq bu istiqamətdə marşrutlar və marşrut xətlərinin hansı ərazilərdən keçməsi müəyyənləşdirilmək üzrədir”.

C.Məmmədov qeyd edib ki, layihənin böyük hissəsi görülüb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir