Ermənistanın aldığı yararsız silah işinin detalları əslində mahiyyətini tam açır...

Ermənistanın Baş Naziri Nikol Paşinyanın Serj Sarqsyanın hakimiyyəti dövründə alınmış yararsız silahlarla bağlı  açıqladığı məlumat erməni cəmiyyətində bir sıra suallar doğurub.

Lakin siyasi sələflərini  vurmaq üçün Paşinyanın  verdiyi   informasiyanın detalları  hələ də gizli saxlanılır.

Erməni nəşri “Joxavurd” bu biabırçı məsələ ilə bağlı bəzi  məlumatları əldə etdiyini bildirib.

Xatırladaq ki, Paşinyan  Ermənistanın ondan əvvəl  42 milyon dollara aldığı  silahların brak olduğunu, bir şeyə yaramadığını  açıqlamış, onları “metal qalağı” adlandırmışdı.

Nəşrin iddiasına görə, yararsız silah alındığını Ermənistanın  təhlükəsizlik orqanları üzə çıxarıb və daha sonra iş istintaq komitəsinə verilib. İstintaq  zamanı 2016-2017-ci ildə yüksək vəzifələrdə olmuş  ordu mənsubları dindirilib.  Onlar ifadələrində alınan silahların yararsız olduğunu bilmədiklərini qeyd ediblər.

Yüksək çinli hərbiçilər istintaqa bundan fakt üzrə  – onların rəqibin pilotsuz uçan aparatlarına (PUA) qarşı heç nə edə bilmədiyini gördükdən sonra xəbər tutduqlarını bildiriblər.

2008-2016-cı illər ərzində Ermənistanın Müdafiə naziri olmuş Seyran Oqanyan isə yararsız silah alınmasını qətiyyətlə rədd edib, onun varisi Viqen Sarkisyan mövzu ilə bağlı yazılı və digər müraciətlərə cavab verməyib.

Redaksiyadan:

2016-2017-ci illərdə yüksək vəzifədə olmuş  ordu mənsublarının dindirilməsi və onların silahların yararsızlığını fakt  üzrə – yəni real işdə, döyüş meydanında  gördüklərini söyləmələri söhbətin 2016-ci il Aprel müharibəsindən getməsinə dəlalət edir. Silahların  PUA-lara qarşı yararsız olduğu vurğulanırsa, beləliklə, onların hava hücumundan müdafiə sistemləri olduğu aydınlaşır.

Deməli, yararsız silahlar hava hücumundan müdafiə vasitələridir. Bu növ sulahları da Ermənistana öz pulu ilə Rusiya verir…

Yeri gəlmişkən, Rusiyanın hava hücumundan müdafiə sistemlərinin,  hətta ən müasirlərinin  türklərin PUA və SPUA-ları qarşısında acız, yararsız olmasına Türkiyənin İdlibdə keçirdiyi “Bahar qalxanı” əməliyyatı zamanı bütün dünya şahidlik etdi.

Analoji hal Aprel döyüşlərində  qeydə alınmışdı.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir