Koronavirusla əlaqədar yaranmış vəziyyət parlamentdə müzakirə olunacaq

Milli Məclis yeni növ koronavirus infeksiyasına (COVİD-19) görə yaranmış vəziyyəti müzakirə edəcək.

Bununla bağlı artıq parlamentə sənəd daxil olub.

Layihəyə yaxın günlərdə Milli Məclisin iclasında baxılacaq.

Qeyd edək ki, Azərbaycanda hazırda koronavirusa yoluxan 15 nəfər var. Bu gündən etibarən ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilib (14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla). Eyni zamanda dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunub. Bundan əlavə, saat 21:00-dan sonra fəaliyyət göstərən klub və barların fəaliyyəti dayandırılıb.

Martın 3-dən bağça, orta məktəb və universitetlər bağlanıb.

MƏNBƏ:REPORT

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir