Tramp ABŞ-da ümummilli fövqəladə vəziyyət elan edib

Koronavirus təhlükəsi ilə əlaqədar ABŞ Prezidenti Donald Tramp  ölkə ərazisində ümummilli fövqəladə vəziyyət elan edib. Ağ Evdə keçirilmiş mətbuat konfransında  o deyib:

Mən rəsmən fövqəladə vəziyyət elan edirəm”.

Tramp  ölkədə fövqəladə vəziyyət elan edilməklə federal büdcədən epidemiya ilə mübarizəyə əlavə olaraq  50 milyard dollaradək vəsait ayırmağın mümkün olacağını bildirib.

Son məlumatlara əsasən, ABŞ-da yeni növ koronavirusa yoluxanların sayı 1700-ü keçib, 41 nəfərsə həyatını itirib.

 

Mənbə: CNN

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir