Yaponiya koronavirusla mübarizə üçün İrana 2,5 milyard yen yardım edib

Yaponiya hökuməti koronavirusla mübarizə aparmaq üçün İrana 2 milyard yarım yen (23 milyon dollardan çox) yardım edib.

Bu barədə  İranın Tokiyodakı səfirliyi məlumat yayaraq  İranda koronavirusun yayılmasının qarşısının alınması üçün dünya həmrəyliyinə ehtiyac duyulduğunu bildirib.

Qeyd edək ki, koronavirusa qarşı mübarizə aparmaq üçün bu günə qədər Fransa, Almaniya və Böyük Britaniya birlikdə 5 milyon avro, Azərbaycan Respublikası isə ayrıca 5 milyon dollar İrana yardım edib.

İran hökuməti ölkədə koronavirusa qarşı mübarizə aparmaq üçün Beynəlxalq Valyuta Fondundan təcili olaraq 5 milyard dollar yardım tələb edib.

Xatıladaq ki, İran ABŞ Prezidenti Trampın tibbi yardım təklifini “riyakarlıq” adlandıraraq rədd edib və bunun əvəzinə İranın iqtisadi,  səhiyyə sanksiyalarından azad olunmasını tələb edib.

İran rəsmiləri ABŞ-ı lənətləyərək sanskiyalar səbəbindən ölkənin zəruri tibbi ləvazimat və dərmanlar ala bilmədiyini vurğulayırlar.

İran Səhiyyə Nazirliyi  dünən axşam açıqladığı məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı  11 min 364-ə, xəstəlikdən ölənlərin sayın isə 514-ə yüksəlib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir