Zirvə toplantısı onlayn keçiriləcək

 

Martın 17-də İstanbulda keçirilməsi nəzərdə tutulan Türkiyə, Almaniya və Fransanın dövlət başçılarının zirvə toplantısı ləğv edilib. Liderlərin görüşü telekonfrans vasitəsilə olacaq.

Yeni növ koronovirus (SARS-CoV-2) pandemiyası ilə əlaqədar hər üç lider canlı olaraq görüşməməyə qərar verib.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan, Angela Merkel və Emmanuel Makron İdlib və qaçqınlar mövzuları ilə əlaqədar bir araya gələcəkdilər.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir