Azərbaycanda daha 4 nəfərdə yoluxma faktı təsbitlənib

 Azərbaycanda daha 4 nəfərdə koronavirus aşkarlandı

Koronavirus infeksiyası bütün dünyada sürətlə yayılmaqda davam edir.

Operativ qərargahın son məlumatına görə, Azərbaycanda yeni növ koronavirusa daha 4 yoluxma faktı qeydə alınıb. Hazırda xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri sabitdir.

Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş digər pasiyentlərin səhhəti ciddi nəzarət altında saxlanılır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir