Azərbaycanın ABŞ və Fransadakı səfirliyi vətəndaşlara müraciət edib

 ABŞ və Fransadakı Azərbaycan vətəndaşlarına səfirliklərdən müraciət

Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirliyi hazırda bu ölkədə olan Azərbaycan vətəndaşlarına müraciət edib.

Bu barədə  səfirliyin məlumatında:

ABŞ-da fövqəladə vəziyyət elan olunduğunu nəzərə alaraq, ABŞ-da yaşayan Azərbaycan Respublikası vətəndaşlarından Vaşinqton şəhəri və ya Los Anceles şəhərində yerləşən Azərbaycan Respublikasının müvafiq konsulluq bölmələrində qeydiyyata düşmələri xahiş olunur”.

, – deyə məlumatda qeyd olunub.

Eyni zamanda Azərbaycanın Fransadakı səfirliyi də bu ölkədə olan həmyerlilərimizə müraciət edib. Qeyd olunub ki, hazırda koronavirusun (COVID-19) dünyanın müxtəlif regionlarında, xüsusən Avropada sürətlə yayılması müşahidə edilir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) epidemiyanın pandemiya mərhələsinə keçdiyini elan edib:

COVID-19 virusundan effektiv qorunmaq və yoluxma riskini minimuma endirmək üçün ÜST, eləcə də Azərbaycan və Fransa dövlət orqanları tərəfindən yayılan maarifləndirici məlumatların diqqətlə izlənilməsi, verilən tövsiyyələrə əməl edilməsini xahiş edirik”.

Hazırda Fransada olan və vətənə qayıtmaq istəyən vətəndaşlarımızdan mövcud vəziyyətdən irəli gələn məsələlərinin, habelə qarşılaşdığı problemlərin təxirəsalınmaz və operativ həllinə kömək etmək məqsədilə Səfirliyin konsulluq bölməsinə telefon (+33 (0) 1 44 18 60 23), e-mail (consulat@azambassade.fr) və ya poçt vasitəsilə (78, avenue d’Iéna Paris 75116) məlumat vermələri xahiş olunur”, – məlumatda deyilir.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir