Bağdadda epidemik vəziyyətə görə komendant saatı tətbiq edilib

İraq hökuməti koronavirusun yayılması ilə mübarizə tədbirləri çərçivəsində paytaxtda komendant saatı tətbiq edib, eləcə də 1 həftə müddətində – 17-24 martadək Bağdada və xaricə olan uçuşları dayandırıb.

Belə bir qərar bazar günü Baş Nazir vəzifələrinin icraçısı Adel Abdul Mehdinin rəhbərliyi altında xəstəliyə qarşı mübarizə çərçivəsində Böhran Qərargahının iclasında qəbul edilib. 

İnsanların və nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər tətbiq ediləcək. Bu tədbirlər hüquq-mühafizə orqanları və KİV nümayəndələrinə, həkimlərə, diplomatlara və lazımi malların, yeməklərin çatdırılması ilə məşğul olan təşkilatlara şamil edilmir. Nazirliklərin və dövlət qurumlarının, habelə əyalətlərlə nəqliyyat əlaqələrinin işi dayandırılır. Digər bölgələrdəki rəsmilərə də oxşar tədbirlər tətbiq etmək barədə səlahiyyətlər verilib.

İndiyədək İraqda qonşu İrandan gələn 124 vətəndaşda yeni növ koronavirus infeksiyası aşkarlanıb. Yoluxanlardan 26 nəfər sağalıb, 10 nəfərsə atipik pnevmoniyadan həyatını itirib. Səhiyyə Nazirliyinin son məlumatına görə, təkcə Bağdadda son bir gündə 9 nəfərdə yeni yoluxma faktı aşkarlanıb”.

MƏNBƏ:RİA Novosti

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir