Fransada epidemik fonda keçirilən bələdiyyə seçkilərinin ilk tur nəticəsi bəlli olub

Fransada bələdiyyə seçkilərinin ilk turunun nəticələri məlum olub.

Epidemiya səbəbindən ölkə əhalisinin yalnız yarıdan azı seçkilərdə iştirak edib. İlkin məlumata əsasən ölkə üzrə əhalinin 56 faizi səsvermədə iştirak etməyib.

Paris şəhərinin meri vəzifəsinə namizədlər arasında şəhərin hazırkı meri Anne Hidalgo 30,2 faiz səslə siyahıda birinci, 22 faiz səs toplayan Raşida Dati ikinci və 17,6 faiz səslə Agnes Buzyn üçüncüdür.

  • Fransanın Baş Naziri Eduard Filip 54 faiz səslə Havre şəhərinin meri vəzifəsinə namizədlər arasında birinci yerdədir.
  • Seçkilərin 1-ci turunda Fransanın Parisdən sonra ikinci ən böyük şəhəri Lionun meri namizədləri arasında birinci yeri 29 faiz səslə Yaşıllar Partiyasından Gregory Doucet qazanıb. Bu şəhərin meri vəzifəsinə namizədliyini irəli sürmüş erməni mənşəli, “İrəliləyən Respublika” partiyasından namizəd Georges Kepenekyan yalnız 12 faiz səs toplaya bilib.

Qeyd edək ki, Fransada bələdiyyə seçkilərinin ikinci turu martın 22-də keçirilməlidir. Lakin ölkədə yeni növ koronavirusa yoluxanların sayı artmaqda davam edir:

Fransada virusa yoluxanların ümumi sayı 5 423 nəfərə, həyatını itirənlərin ümumi sayı isə 127-yə çatıb. Ölkədə epidemiyanın 3-cü mərhələsinə keçid elan edilib. Dünəndən etibarən Fransada restoranlar, kafelər, kinoteatrlar, idman zalları və s. kommersiya məntəqələri və digər ictimai iaşə müəssisələrinin fəaliyyəti aprelin 15-nə kimi dayandırılıb. Bu gündən isə növbəti rəsmi qərarla bağça, məktəb və ali təhsil ocaqları bağlı olacaq”.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir