Koronavirus pandemiyası dünya üzrə yayılmaqda və can almaqda davam edir. Əksər ölkələrdə yoluxma halları qeydə alınıb. Bəzi ölkələrdə, məsələn, İtaliyada və İranda vəziyyət kəskindir.
Bəzi ölkələrdən isə bu barədə xəbər yoxdur. Məsələn, Türkmənistan, Qırğızıstan və Tacikistan, eləcə də bir sıra Afrika ölkəsindən…
Bu, həmin ölkələrdə koronavirusa yoluxmanın olmamasına dəlalət etmir.
“Настоящее Время” (“İndiki Zaman”) Tv kanalı koronavirusun yeni növünün dünyada yayılmasının və nəticələrinin statistikasını xəritə əsasında, ölkələr üzrə izlənilməsinə imkan verən interaktiv səhifə yaradıb.
Səhifə rus dilində olsa da, istifadəsi sadədir: kompüterin kursorunu istədiyiniz ölkə üzərinə gətirib oranın son statistikasını öyrənə bilərsiniz. Bu zaman ekranın sol yuxarı küncündə ölkənin adı, yoluxma, ölüm və sağalma sayı göstərilir. Miqyası, yaxud xəritə üzərində koordinatları (sensorlu ekranlarda da) dəyişmək mümkündür.
Google-translitlə səhifəni Azərbaycan və ya istədiyiniz digər dilə çevirə bilərsiniz.
İnteraktiv xəritədə məlumatlar hər saat yenilənir və ölkələrin son məlumatlarını əks etdirir.