Putinin 84 yaşınacan prezident olmaq şansına bir addım qaldı

Rusiyanın Konstitusiya Məhkəməsi digər dəyişikliklərlərlə birlikdə Vladimir Putinin 2024-cü ildə yenidən prezident seçkilərdə iştirakını təmin edəcək düzəlişləri təsdiqləyib.

Konstitusiya dəyişiklikləri aprelin 22-də  ümummilli səsverməyə çıxarılacaq.

Şübhəsiz, Rusiya əhalisi də bu dəyişiklikləri qəbul edəcək və beləliklə, Vladimir Putin sıfırdan – yeni hesabla növbəti daha iki prezident seçkilərində namizədliyini irəli sürə biləcək.

Başqa sözlə,  Putin 2024-cü ildə  və daha  6 il sonra seşkiləri udmaqla (2024+12) 2036-cı ilədək Rusiya Federasiyasına prezidentlik  edəcək.  O zaman onun 84 yaşı olacaq.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir