Son 30 ildə Antarktida və Qrenlandiyada buzlaqların əriməsi 6 dəfə sürətlənib

Beynəlxalq iqlimşünaslar qrupu son 30 il ərzində Antarktida və Qrenlandiyada buzların əriməsinin 6 dəfə sürətləndiyini müəyyənləşdiriiblər. Mütəxəssislər bu nəticəyə 1990-cı illərin əvvəllərindən Antarktida və Qrenlandiyanın monitorinqi ilə məşğul olan 11 peyk üzrə məlumatların təhlilini aparmaqla varıblar.

Alimlərin hesablamalarına əsasən, 1992-2017-ci illər ərzində Qrenlandiya və Antarktidada ümumilikdə 6,4 trilyon ton buz əriyib.

Tədqiqatçıların sözlərinə görə, son üç onillik ərzində buzun əriməsinin sürəti qlobal dəniz səviyyəsini 0,7 düym (1,78 santimetr) yüksəldib. Alimlər ehtimal edir ki,  cari yüzilliyin sonunadək  Antarktika və Qrenlandiyada buzlaqların əriməsi dəniz səviyyəsini 17 santimetr qaldıracaq.

Mənbə: AMEA

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir