TƏBİB: Hava limanında 3 tibb məntəqəsi yaradılıb

 Hava limanında 3 tibb məntəqəsi yaradılıb

Bu günədək biz sərhədlərimizi keçərək karantinə alınmış şəxslər arasında 25 nəfərdə pozitiv nəticə aşkar etdik. 7 nəfər tam sağalıb. 1 nəfər isə vəfat edib. Həmin şəxsdə digər xəstəliklər də mövcud idi”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, artıq ölkəyə Avropadan gələnlər var:

“Bununla əlaqədar dövlət qurumlarımızla sıx şəkildə işləyirik. TƏBİB-in mütəxəssisləri hava limanında fəaliyyət göstərirlər. Biz gördüyümüz bütün işləri alqoritm şəklində hazırlamışıq. Hava limanında 3 tibb məntəqəsi yaratmışıq. Bəzi ölkələr var ki, epidemiyanın episentri hesab olunur. Həmin ölkədən gələnlər bilavasitə karantin müəssisələrinə göndərilir.

Digər ölkələrdən gələnlər isə TƏBİB tibb məntəqələrinə yönləndirilir. Orada onların müvafiq müayinəsi həyata keçirilir. Əgər simptomları varsa izolyasiyaya göndərilir. Simptomları yoxdursa onlara bukletlər təqdim olunur və evə göndərilirlər”.

Qurum rəsmisi qeyd edib ki, Azərbaycan diaqnostik kitləri əldə edən ilk dövlətlərdən biridir:

Bundan başqa biz müasir tələblərə uyğun tam avtomatlaşdırılmış laboratoriyaların qurulması ilə məşğul olduq. Bu laboratoriyalarda biz gün ərzində 5 mindən çox insanı qəbul etmək imkanına malikik”.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir