Çempionlar, Avropa Liqası və Avropa Çempionatı təxirə salınıb

UEFA Çempionlar Liqası, Avropa Liqası və Avropa Çempionatı ilə bağlı qərarını verib.

Qitə futbol qurumu avrokubokların bu yay yekunlaşmasını istəyir.

Koronavirus problemi həll olunduqdan sonra hər iki turnir yenidən bərpa ediləcək. UEFA həm ÇL, həm də AL-i  iyunun sonuna qədər bitirmək niyyətindədir. “Marca” nəşrinin iddiasına görə, qərara əsasən, Avropa Liqasının final qarşılaşması iyunun 24-də, Çempionlar Liqasının həlledici matçı isə 27-də keçiriləcək. Avropa Çempionatı isə gələn il keçiriləcək.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir