Mübariz Mənsimov hakim qarşısına çıxarılıb və həbs olunub (VİDEO)

Türkiyə Baş Prokurorluğunun İstanbul  Terror və Mütəşəkkil  Cinayətlər üzrə İstintaq İdarəsinin apardığı araşdırma çərçivəsində saxlanılmış Mübariz Mənsimov (Qurbanoğlu)  hakim qarşısına çıxarılıb.

Bu barədə xəbər yayan Türkiyə mətbuatının məlumatına görə, Mübariz Mənsimovla birlikdə onun katibəsi Nuray Nurcihan Peker də saxlanılıbmış.  Onların hər ikisinin İstanbul Ədalət  Sarayında ifadələri alınıb. Daha sonra onlar həbs tələbi ilə məhkəməyə göndəriliblər. Hakimin qərarı ilə Mübariz Mənsimov  həbs olunub, Nuray Nurcihan Peker isə ədliyyə nəzarətində saxlanılmaqla sərbəst buraxılıb.

Xatırladaq ki, Mübariz Mənsimov FETÖ ilə əlaqədə, bu təşkilata üzv olmaqda şübhəli bilinir.  “Global-Haber” kanalının iddiasına görə,  istintaq ərzində Mübariz Mənsimovun müxtəlif FETÖ üzvləri, o cümlədən hazırda axtarışda olan Rusiya imamı ilə əlaqə saxladığı maddi sübutlarla təsdiqlənib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir