Antalya-Bakı reysi ilə 107 vətəndaşımız vətənə qayıdıb

Azərbaycanın milli aviadaşıyıcısı martın 18-də Azərbaycan vətəndaşlarının Türkiyədən qaytarılması üçün daha bir çarter reysi yerinə yetirib.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) məlumat verilib.

AZAL Antalya-Bakı reysi ilə 107 nəfər sərnişini vətənə gətirib. Bu təyyarə ilə Türkiyənin üç şəhəri – Antalya, Alanya və İzmirdə qalmış Azərbaycan vətəndaşları qayıda biliblər”.

, – məlumatda bildirilir.

Xatırladaq ki, daha əvvəl Türkiyədən 5 çarter reysi ilə 1 098 nəfər Azərbaycan vətəndaşı gətirilib.

Azərbaycanın milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcək.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir