"Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin yeni nəşri təxirə salınıb

Yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin çapı ölkə ərazisində tətbiq edilən bəzi sosial izolyasiya tədbirləri səbəbindən təxirə salınıb.

Bu barədə  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

Akademikin dediyinə görə, “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin çapı aprel ayında sona çatacaq:

Biz lüğətin çapını Novruz bayramına qədər nəzərdə tutmuşduq. Çap işləri yekunlaşmaq üzrə idi. Amma koronavirus təhlükəsi ilə əlaqədar həyata keçirilən təxirəsalınmaz tədbirlər səbəbindən lüğətin çapı gecikdirildi. Hazırda “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin çap işlərinin tamamlanması aprel ayında nəzərdə tutulur”.

Qeyd edək ki, ötən ay Dilçilik İnstitutu tərəfindən “koronavirus” sözü iki sözün birləşməsindən əmələ gələn mürəkkəb söz kimi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nə salınıb. Bundan əlavə, “koronavirus” sözünün düzgün tələffüz forması ilin sonuna qədər çapdan çıxacaq “Azərbaycan dilinin Orfoepiya lüğəti”nə də əlavə olunacaq.

Xatırladaq ki, “Azərbaycan dilinin Orfoqrafiya lüğəti” təqribən 5 ildən bir çap olunur.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir