Koronavirus Türkiyədə də can aldı...

Qardaş Türkiyənin Səhiyyə naziri Fəxrəddin Koca canlı yayımda ölkədəki son vəziyyət haqqında məlumat verib. Təəssüf ki, koronavirus  Türkiyədə də can alıb – xəstələrdən biri həyatını itirib.

Nazirin açıqladığı statistikaya görə, sutka ərzində  daha 51 nəfərdə koronavirus təsbit edilib və beləliklə, Türkiyədə onların ümumi sayı 98-ə yüksəlib.

Fəxrəddin Koca xəstələrin əksəriyyətinin vəziyyətinin yaxşılığa doğru getdiyini qeyd edib  və onların  müalicəsi üçün bütün zəruri tədbirlərin görüldüyünü bildirib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir