Bahar - astronomik yeni il ölkəmizə bu gecədən səhərə doğru qədəm qoyacaq...

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 2020-ci ildə fəsillərin ölkəmizə daxil olma vaxtı haqqında hələ ötən il açıqladığı elmi məlumata əsasən,  bu il NOVRUZ – bahar, astronomik yeni il ölkəmizə bu gecədən səhərə doğru  – saat 07:49:36-da daxil olacaq.

İlin fəsillərinin astronomik dəyişmə vaxtları belədir:

Yaz fəsli

Yaz ölkəmizə martın 20-də, Bakı vaxtı ilə saat 07:49:36-da qədəm qoyacaq. Həmin gün Günəş öz orbiti üzrə hərəkət edərək göy ekvatorunu kəsir, yəni Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Buna yaz bərabərliyi nöqtəsi deyilir və Günəş bu nöqtədə olarkən gecə ilə gündüz bərabərləşir. Bununla da Şimal yarımkürəsinə yaz fəsli daxil olur.

Yay fəsli

Yay iyunun 21-i saat 01:43:42-də ölkəmizə daxil olacaq. Buna həm də yay Günəş duruşu deyilir, yəni Günəş üfüqdən ən hündür nöqtədə olur. Günəş şüalarının istiqaməti ilə Yerin fırlanma oxu ən kiçik bucaq əmələ gətirir. Belə olan halda Günəş şüaları yer səthinə, xüsusilə də Şimal yarımkürəsinə yaxşı düşə bilir.

Payız fəsli

Payız sentyabrın 22-si saat 17:30:36-dan başlayacaq. Bu halda da gecə-gündüz bərabərliyi baş verir. Buna adətən payız bərabərliyi də deyirlər. Bu halda Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir. Cənub yarımkürəsində isə bu an baharın başlanğıcıdır.

Qış fəsli

Qış isə ölkəmizə dekabrın 21-i saat 14:02:18-də gələcək. Bu zaman Günəş üfüqdən ən minimum nöqtədə olur. Günəş şüalarının istiqaməti ilə Yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirir. Ona görə də bu fəsildə soyuqlar müşahidə olunur.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir