İtaliyada son epidemioloji vəziyyət acınacaqlıdır

 

İtaliyada son sutka ərzində yeni növ koronavirus infeksiyasının səbəb olduğu “COVİD-19″ –  atipik pnevmoniyadan 427 nəfər həyatını itirib, ümumilikdə ölkə ərazisində indiyədək 3405 ölüm faktı qeydə alınıb”.

Bu barədə ölkənin Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrellinin açıqlamasında bildirilib.

İtaliyada epidemiya nəticəsində həyatdan məhrum olanların sayı Çində indiyədək eyni səbəbdən qeydə alınmış ölüm hallarından çoxdur.

Sağalanların sayı 4440 nəfərə çatıb, hazırda 33190 nəfər virusa yoluxub – 4480 nəfər dünənkindən çox”.

, – Borrelli belə deyib.

Ümumilikdə İtaliyada indiyəcən ölənlərlə birlikdə 41 mindən çox insan yeni növ koronavirusa yoluxub.

Mənbə:TASS

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir