Rusiya-Ukrayna sərnişin qatarlarının qarşılıqlı səfərləri dayandırılacaq

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə hökumət başçılarının qarşılıqlı razılığına əsasən, Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərlərinin 2020-ci il 18 mart saat 00:00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) məlumatına görə:

 Martın 21-dən Bakı-Kiyev-Bakı sərnişin qatarının və martın 26-dan Bakı-Moskva-Bakı və Bakı-Rostov-Bakı sərnişin qatarlarının hərəkəti xüsusi göstərişədək müvəqqəti olaraq dayandırılır. Bakı-Rostov sərnişin qatarı Bakıdan axırıncı dəfə martın 22-də saat 03:25-də yola düşəcək. Bu qatara yalnız Rusiya vətəndaşlarına bilet satılır”.

, – deyə ADY-dən bildirilib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir