X.Tebas: "Avropa çempionatlarının yenilənməsi planlaşdırılır"

 La Liqanın prezidenti: Mayda Avropa çempionatlarını yeniləyəcəyik

İspaniya La Liqasının prezidenti Xavyer Tebas Avropada çempionatların yenilənməsi planlarından danışıb, həmçinin matçların azarkeşsiz keçirilməsi haqqında suala cavab verib.

“Avropanın bütün liqalarının mayın ortasında yenilənməsi planlaşdırılır. Bütün çempionatlar. Hər şey pandemik vəziyyətin necə inkişaf edəcəyindən asılıdır. Mümkündür ki, yenilənmə erkən olsun, amma bu müddəti biz ağlımızda saxlayırıq. Azarkeşlərsiz matçların keçirilməsi hər bir ölkənin səhiyyə orqanlarından asılıdır”.

O, futbol turnirlərinin yenilənməsini istisna etməyib.

Çempionlar Liqası və Avropa Liqası? Bunların da eyni zamanda yenilənməsi planlaşdırılır. Biz bütün yarışları yeniləməyə, hamı üçün qərarları hazırlamağa çalışacağıq. Məsələni yalnız İspaniya ilə həll etmək olmaz”, – Xavyer Tebas deyib.

Mənbə:”Marca”

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir