20 min könüllü 4,4 min dollara koronavirusa yoluxmağa razıdır...

Bəli, 20 min nəfərdən çox könüllü koronavirus ailəsindən olan virusa yoluxmağa razılıq verib.  Amma elm naminə.  Doğrudur, buna görə onlara 3500 funt-sterlinq (4,4 min dollar) ödəniləcək və virus koronavirusun yeni növü olmayacaq…

Məsələ ondadır ki, Britaniyanın  “hVIVO” elmi-tədqiqat qrupu koronavirusa qarşı peyvənd hazırlanması proqramı çərçivəsində yaradılan  vaksini insanlar üzərində sınamağa hazırlaşır. Bunun üçün  verilən elana gözlənildiyindən   xeyli çox insan reaksiya verib.

Cəmi bir neçə nəfər tələb olunduğu halda, minlərlə insan bu təklifi qəbul edib.

“The Wall Street Journal”ın yazdığına görə, eksperimentdə  iştirak edəcək insanlara  “COVID-19”-un dərmanı olmadığından koronavirusun müalicəsi elmə bəlli növü yeridiləcək.

Beləcə, vaksin yoxlanılacaq:  peyvənd olunmuş insanların  virusa yoluxub-yoluxmadığı müəyyənləşdiriləcək. Alimlər alınacaq nəticələr əsasında “COVID-19”ə qarşı peyvənd hazırlamaq niyyətindədirlər.

Xatırladaq ki, dərmanlar xəstələrin müalicəsi, peyvənd (vaksin) sağlam insanların xəstəlikdən qorunması üçündür.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya üzrə müxtəlif ölkələrdə “COVID-19”a qarşı 20-yə yaxın vaksin hazırlanmaqdadır. Bəzi  işlər üzrə  klinik sınaqlar aparılır.

Amma vaksinin tam hazır olması və dünyada  tətbiqinə icazə verilməsi müəyyən vaxt tələb edir və ən yaxşı halda bunun ilin sonuna kimi sürəcəyi deyilir.  Vaksin hərtərəfli yoxlanılmalı, efektivliyi  ilə yanaşı, onun insan sağlamlığına zərər vermədiyi elmi metodlarla təsdiqini tapmalıdır.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir