ABŞ-ın Avropadakı 35 hərbçisi koronavirusa yoluxub

 ABŞ-ın 35 hərbçisi koronavirusa yoluxdu

ABŞ-ın Avropadakı hərbçilərinin 35-də koronavirusa yoluxma halı qeydə alınıb.

Bu barədə ABŞ-ın Avropa komandanlığının (EUCOM-u) rəhbəri general Tod Uolters bildirib:

Bizim Avropada təxminən 72 min hərbçimiz var. Hazırda koronavirusa yoluxma ilə bağlı təxminən 35 fakt var”.

O, hərbçilərin hansı ölkələrdə xəstələndiklərini dəqiqləşdirməyib.

Daha əvvəl NATO koronavirus pandemiyasına görə Avropada son 25 ildə keçirilən ən böyük təlimini  ixtisara salıb.

 

Mənbə:RİA “Novosti”

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir